Oğuzda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açıldı

Oğuzda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açıldı

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.