“Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində də bu ölkədən olan həmkarlarımızla təmaslarımız oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.
O, Moskvanın Bakı ilə daim əlaqədə olduğunu söyləyib:
“Həmkarlarımızla ŞƏT sammitində də təmaslar qurduq. Azərbaycanla iqtisadi əlaqələrimiz planlaşdırdığımız kimi normal inkişaf edir”.
Əliyar Xəlil
Globalinfo.az