qiz gelin

Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, Zərdab rayonunda yerləşən şadlıq sarayında erkən evlilik halının baş verməsi barədə Komitəyə məlumat daxil olub.

“İnformasiya dərhal aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olunduğu izah edilib. Toy məclisinin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib və cərimə olunub”, – T.Mərdanoğlu qeyd edib.

***14:21

Zərdab rayonu ərazisində yerləşən “Natiq” şadlıq sarayında keçirilən toy məclisində gəlinin yetkinlik yaşına çatmadığı barədə polis şöbəsinə məlumat daxil olub. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şöbə əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçiriblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşı olması müəyyən edilib. Hər iki tərəfin valideyləri ilə izahedici söhbətlər apılıb, qeyd edilən halın qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunun və sonuncu məsuliyyətə cəlb olunub.

Paylaş: