Tehranda güclü partlayışlar: hücum başlayıb?

Tehranda güclü partlayışlar: hücum başlayıb?

İranın paytaxtı Tehranda eşidilən partlayışlar yerli əhali arasında təşvişə səbəb olub.

Globalinfo.az xəbər verir ki, sakinlər səslərin xüsusilə İmam Hüseyn meydanı və ətraf küçələrdə aydın eşidildiyini bildiriblər.

Şahidlər partlayışın dəqiq yerini görməsələr də, hadisənin intensiv atışmalarla müşayiət olunduğunu açıqlayıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ətraf ərazilərdə duman və qısa müddətli panika anları əks olunub. Yerli hakimiyyət orqanları hələ rəsmi açıqlama verməyib, lakin əraziyə polis və təcili yardım xidmətlərinin cəlb olunduğu deyilir.

Hazırda sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmələri və mümkün qədər əraziyə yaxınlaşmamaları tövsiyə olunur.

Hadisənin səbəbi, ölən və ya yaralananların olub-olmaması barədə məlumat yoxdur.

Tahir Turan
Globalinfo.az