Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya ilə münasibətlərdən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. Lukaşenko görüşdə Moskva ilə münasibətlərin əvəzolunmaz olduğunu vurğulayıb:
“Mən sizinlə görüşməyimə və ŞƏT çərçivəsində bəzi məsələləri müzakirə etməyimə şadam. Amma siz başa düşürsünüz ki, bizim üçün Rusiyanı heç kim əvəz edə bilməz. Ona görə də bu gün görüşməyimiz çox vacibdir”.
Putin isə öz növbəsində Rusiya-Belarus münasibətlərini çox sıx dövlətlərarası əməkdaşlıq kimi dəyərləndirib. O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 50 milyard dolları ötüb və Rusiya yalnız bir neçə dövlətlə belə yüksək göstəriciyə nail ola bilib.
Tahir Turan
Globalinfo.az