Lvov məhkəməsi Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən Mixail Stselnikovu zaminə buraxılmaq hüququ olmadan həbs etmək qərarına gəlib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Obşestvennoye” nəşri məlumat verib.
Məlumata görə, Lvovun Qalitski Rayon Məhkəməsi girov qoymaq hüququ olmadan 60 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Şübhəli şəxs qabaqlayıcı tədbirə etiraz etməyib.
Xatırladaq ki, Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiy Lvovda silahdan dəfələrlə atəş açılaraq qətlə yetirilib.