cik

ABŞ-ın Çikaqo şəhərində həftəsonu 32 atışma baş verib, nəticədə 7 nəfər ölüb, 47 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.

“Polisin məlumatına görə, Çikaqoda həftəsonu İşçi Bayramı zamanı azı 54 nəfər güllələnib, onlardan yeddisi ölüb”, – telekanalın saytındakı yazıda deyilir.

Şəhərin müxtəlif ərazilərində ən azı 32 atışma baş verib. Cümə axşamından başlayaraq bazar ertəsi günortaya qədər atəş səsləri eşidilib.

Paylaş: