buz

Dünyada məşhur olan “Buz dövrü” cizgi filminin yeni bölümü nümayiş etdiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Walt Disney” kino şirkəti X sosial şəbəkəsində paylaşım edib.

“Buz Dövrü: Qaynama Nöqtəsi” 5 Fevral 2027-ci ildə bütün dünyada yayımlanacaq.

Qeyd edək ki, “Buz dövrü”nün ilk hissəsi 2002-ci ildə buraxılıb. Cizgi filmi “Blue Sky Studios”un debüt işi idi.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: