Rusiya Zaporojyeni vurdu: 34 nəfər öldü – VİDEO

Rusiya Zaporojyeni vurdu: 34 nəfər öldü - VİDEO
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində 34 nəfər ölüb, yaralıların olduğu bildirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Reqina Xarçenko bildirib.

Onun sözlərinə görə, dağıntıların təmizləməsi işləri davam edir. Kommunal xidmətlər artıq 100 tondan çox zibil çıxarıb.

Qeyd edilib ki, region ərazisinə raket və hava zərbələri endirilib, pilotsuz uçuş aparatları və reaktiv yaylım atəş sistemlərindən istifadə edilib. Yaşayış binalarına, yardımçı tikililərə, avtomobillərə və infrastruktur obyektlərinə ziyan dəyib.