Biləsuvar gömrüyündə əməliyyat: Yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Biləsuvar gömrüyündə əməliyyat: Yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda siqaret aşkarlanıb.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, əməliyyat zamanı 1000 blok siqaret və külli miqdarda dərmanlar ələ keçirilib.

Belə ki, gömrükçü Asif və skanda işləyən İlqar adlı şəxs saxlanılıblar. İzahatları alınandan sonra sərbəst buraxılıblar. İran vətəndaşı izahatında bu şəxslərə pul verdiyini qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Cənub Zonası üzrə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Cəfərov Mahir vəzifəsindən azad olunub. Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Dövlət Gömrük Komitəsinin Cənub Zonası üzrə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Mahir Cəfərovun vəzifəsindən azad olunması ilə bağlı təfərrüat məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Cənub Zonası üzrə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Mahir Cəfərov vəzifəsindən azad olunub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.