“Azərbaycan Dəmir Yolları” QSC-nin Ağdama mediaturu davam edir
Mən Ağdama gələndə ağlamışdım. Həyətin torpağını götürüb yedim. Gördüm, uşaq vaxtı yediyim torpaqdır. Ermənilər bu şəhəri dağıda bilərlər, amma nə havasını oğyrıaya bilərlər, nə də torpağının dadını qaçırda bilərlər”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
Deputat bildirib ki, Ağdamda böyük bir şəhər tikirlər:
“İnanıram ki, 150 minlik bir şəhər olacaq. Prezident İlham Əliyevin göstərişi ilə Ağdam daha da yaxşı vəziyyətə gətiriləcək. Azərbaycanın növbəti paytaxtı məhz Ağdam olacaq. Bu yaxınlarda bir povest yazmışam. Orda bir dost digərini Ağdamda gəzdirir. Burda gözəl evlər, məktəblər tikiləcəyi barədə məlumat verir. O biri də cavabında, “bilirsən, Ağdam nə vaxt gözəl bir şəhər olacaq? O vaxt ki, Fazil müəllimin kinoteatırının qarşısında gənc oğlanlar qız üstündə pıçaqlaşacaqlar” – dedi.
Qarabağ bölgəsi yenidən qurulur, tikilir, digər rayonlar bizə paxıllıq edəcək. Ağcabədi, Bərdə qonşuluqda belə gözəl Ağdamın tikildiyini görüb paxıllıq edəcək”.
Safura Bənnayeva
Globalinfo.az
Safura Bənnayeva
Globalinfo.az
