VACİB XƏBƏRLƏR

Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama – VİDEO

Şou

1756481468.WhatsApp Image 2025 08 29 at 19.28.35

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

Globalinfo.az xəbər verir ki, meyxanaçının görüntüsü yayıldıqdan sonra onun səhhəti ilə bağlı gəzən söz-söhbətlərlə bağlı ailəsi açıqlama verib.

“Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Şairin səhhəti yaxşıdır. Narahatlığa heç bir əsas yoxdur. Sağlamlıqla əlaqədar həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları elə görünür”, – deyə R.Dağlının ailəsinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış