Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin görüşündən əvvəl Urayna və Rusiya nümayəndə heyətləri yenidən danışıqlar apara bilər.
Globalinfo.az xəbər verir ki, cümə günü Nyu-Yorkda Uitkoff Ukrayna nümayəndəsi Yermakla görüşəcək. Bu görüş, mümkün üçtərəfli sammitdən əvvəl Rusiya və Ukrayna arasında texniki danışıqların təşkilinə yönəlib.
Aşağı səviyyəli danışıqlar baş tutarsa, onlar ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və digər mövzuları əhatə edəcək. Eyni zamanda daha yüksək səviyyəli danışıqlar üçün yol açacaq.
Əliyar Xəlil