Şəkinin həmin kəndində bu il məhsul olmadı: deputat isə deyir ki… – VİDEO

Şəkinin həmin kəndində bu il məhsul olmadı: deputat isə deyir ki... - VİDEO

Şəkinin Şəkikənd kəndi hələ sovet dövründən özünün üzüm plantasiyları ilə məşhur olub.

Son illərdə də  bu kənddə fermerler ənənəni qoruyub saxlamağa çalışıb.

Amma bu il Şəkikəndin  su problemi səbəbindən məhsul əldə etmək mümkün olmayıb.

Şəkinin həmin kəndində bu il məhsul olmadı: deputat isə deyir ki... - VİDEO

Globalinfo.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin bir qrup sakininin göndərdiyi müraciətdə deyilir.

Sakinlər bildirib ki, bu yay kəndə su kiçik fasilələrlə verilib ki, bu da məhsuldarlığa ciddi təsir edib.

Sakinlər, həmçinin mal-qaralarının da susuzluqdan əziyyət çəkdiyini deyib.

Şəkinin həmin kəndində bu il məhsul olmadı: deputat isə deyir ki... - VİDEO

Gununsesi.info-ya açıqlamasında isə Şəkidən olan deputat Cavanşir Feyziyev deyib ki, kəndlərin su problemi ilə bağlı o da bilgilidir:

“Mənim millət vəkili olaraq  adiyyatı qurumlarla, o cümlədən hökumətlə bu barədə müzakirələrim, təkliflərim olub. Məlumat üçün sizə deyim ki, Su Ehtiyyatları Agentliyi hazırda Turan qəsəbəsi ətrafında  Əyriçay Su Anbarı inşa edib. Bu anbar  kəndlərin suvarma probleminin həlli üçün böyük potensiala malik olacaq.  Bu proses hələ tam başa çatmasa da ötən il anbarda yığılan sudan istifadə olundu. Görünür, bu il quraqlıq olduğundan belə bir problem yaşanıb. Ümid edirəm ki, gələn il belə problem olmayacaq. Həm Şəkikənd həm də digər bir neçə kənddə su problemi həll ediləcək”.

@gununsesi.infoŞəkidə acınacaqlı vəziyyət davam edir..

♬ оригинальный звук – Gununsesi.info