iran

Rusiya “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) BMT-nin İrana qarşı sanksiyalarını yeniləmək cəhdlərini pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında qeyd olunub.

“Biz hər üç ölkəni daha ciddi nəticələrə gətirib çıxarmazdan əvvəl bu qərarı yenidən düşünməyə və ləğv etməyə çağırırıq”, – deyə bildirilib.

Rusiya diplomatik missiyası konstruktiv dialoqun bərpasını və İranın nüvə proqramı ilə bağlı həll yollarının axtarışını prioritet vəzifə kimi vurğulayıb.

Qeyd edək ki, avqustun 28-də Avropa liderləri İrana qarşı sanksiyaların bərpası barədə razılığa gəliblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: