Təxminə iki ay əvvəl Ermənistanın Avstriyadakı konsulu Aşken Aleksanyan ölkəsinə qayıdarkən hava limanında saxlanlıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.
Nəşr yazır ki, yoxlanış zamanı gənc qadının üzərindən sənədlər tapılıb və o, Azərbaycanın xeyrinə casusluqda ittiham olunaraq saxlanılıb. Lakin hökumət bu məsələnin gizli qalmasını istəyib və bütün dairələrə xüsusi tapşırıq verilib.
Məlumata görə, Aleksanyanın saxlanılmasından sonra Ermənistanın xüsusi xidmət orqanları Xarici İşlər Nazirliyinin binasında axtarış aparıblar, kompüter və sənədləri yoxlayıblar.
Nəşr vurğulayır ki, hər hansı şəxs diplomatik vəzifəyə təyin edilmədən öncə onun tərcümeyi-halı ciddi şəkildə yoxlanışdan keçirilir. Təyinat yalnız müvafiq rəydən sonra qeyd edilir. Buna görə də Aleksanyanın təyinat prosesini həyata keçirən şəxslərin kimliyi maraq doğurur. Hazırda konsulla bağlı bütün məlumatların internetdən silindiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az