Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında yazıb.
O bildirib ki, telefon danışığı zamanı Kiyevdə Azərbaycan səfirliyinin yerləşdiyi binanın vurulması müzakirə edilib.
O, həmçinin rus dronlarının Türkiyə müəssisəsi (Bayraqdar zavodu), AB nümayəndəliyi, “British Council” və yaşayış məntəqələrinin hədəf alındığını xatırladıb.
Görüşdə Türkiyə-Ukrayna münasibətləri, Rusiya-Ukrayna münaqişəsinin həlli və regional məsələlər də müzakirə olunub.
Türkiyə mediasının məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Alyaska və Vaşinqtondakı prosesləri diqqətlə izləyir, davamlı sülh üçün səylərini davam etdirir və sülh bərpa olunduqdan sonra Ukraynanın təhlükəsizliyinə dəstək verməyə hazırdır.