mekteb 182

Bakıda 182 nömrəli tam orta məktəbin müəllimlərinin təhsil ocağında məclis təşkil etməsinə aydınlıq gətirilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə sözügedən məktəb açıqlama yayıb.

Bildirilib ki, qeyd olunan videogörüntülər qeyri-dərs vaxtı çəkilib.

“Məktəbin texniki işçiləri və laborantlar yeni tədris ili ərəfəsində aparılan təmizlik və digər hazırlıq işlərini bitirdikdən sonra nahar etmək üçün icazə alaraq otaqda yemək yeyiblər”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, bu haqda ilk xəbəri BAKU TV yayıb.

Paylaş: