68af1c9b005d368af1c9b005d4175630658768af1c9b005d168af1c9b005d2

Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın Kansleri Fridrix Mers və Polşanın Baş naziri Donald Tusk Kişinyova gediblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səfər Moldova Respublikasının Müstəqillik Günü münasibətilə Prezident Maya Sandunun dəvəti ilə baş tutub.

Mətbuata birgə açıqlama zamanı Maya Sandu bildirib ki, Moldova üçün Avropaya alternativ yoxdur.

Emmanuel Makron Moldovanın onların dəstəyinə layiq olduğunu bəyan edib.

Fridrix Merz deyib ki, Moldova üçün Avropa İttifaqının qapıları açıqdır.

Donald Tusk isə qeyd edib ki, Moldova ilə Avropa daha güclü olacaq.

Paylaş: