68ae06995f3d168ae06995f3d2175623541768ae06995f3cf68ae06995f3d0

İranAvropa Üçlüyü nümayəndələrinin bu axşam Cenevrədəki görüşü nəzərəçarpacaq irəliləyiş olmadan baş tutub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Devid “X” sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, bu, Avropa güclərinin İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi müddətə 5 gün qalmış baş verib.

Mənbələrin bildirdiyinə görə, İran tərəfi tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib: ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60 % zənginləşdirilmiş uran ehtiyatları.

“Axios”un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin “Snapback” mexanizmini işə salması ehtimalını xeyli artırır.

***

İran və Avropa üçlüyü ölkələri (Britaniya, AlmaniyaFransa) arasında Cenevrədə danışıqlar baş tutub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi özünün “X” hesabında məlumat yayıb.

İran və Avropa ölkələri 2231 saylı qətnamə ilə bağlı öz mövqelərini ortaya qoydu. İran diplomatiyaya və qarşılıqlı faydalı həll yoluna sadiq olaraq qalır. Artıq Avropa üçlüyü və BMT Təhlükəsizlik Şurasının düzgün seçim etmək, eləcə də diplomatiyaya vaxt və yer vermək vaxtı çatıb”, – Qəribabadi qeyd edib.

İranlı diplomat görüşün nəticələri ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, bu gün Cenevrə şəhərində baş tutan danışıqlar 12 günlük İran-İsrail müharibəsindən sonra İran və Avropa ölkələri arasında həyata keçirilən ikinci görüşdür.

Paylaş: