Rusiya ordusunda panika: Qarşıdurma yaşanır

Rusiya ordusunda panika: Qarşıdurma yaşanır

Rusiya ordusunda tarixin ən böyük qalmaqallarından biri üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, 83-cü Hava Desant Diviziyasının ən azı 35 əsgəri dövlət büdcəsindən milyonlarla rubl təzminat almaq üçün bir-birinə qəsdən güllə yarası yetirib.

Hadisənin başında polkovnik Artem Gorodilov və “Cəllad” ləqəbli podpolkovnik Konstantin Frolov dayanıb. Əsgərlər həyat üçün təhlükə yaratmayan yerlərdən atəş açaraq adambaşına 3 milyon rubla qədər kompensasiya əldə etməyə çalışıblar.

Nəticədə dövlət büdcəsindən təxminən 200 milyon rubl (37 milyon türk lirəsi) mənimsənilib. Frolovun tabeliyinə özünü güllələmə əmri verdiyi, həmçinin rüşvət və qanunsuz silah saxlamaqda ittiham olunduğu, Gorodilovun isə əvvəllər Butçada törədilən cinayətlərdə iştirak edən alaya rəhbərlik etdiyi və hazırda dələduzluq ittihamı ilə istintaq altında olduğu bildirilir.

Qalmaqal isə Sankt-Peterburqdakı hərbi istintaq idarəsinə bir zabitin ətraflı ifadəsi nəticəsində üzə çıxıb..

Tahir Turan

Globalinfo.az