ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən müharibə ilə bağlı yeni açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, münaqişənin həlli üçün ən vacib addımlardan biri Rusiya və Ukrayna liderlərinin üz-üzə görüşməsi olduğunu diqqətə çatdırıb.
Trampın sözlərinə görə, bu görüşün konkret tarixi və formatı tərəflərin öz iradəsi ilə müəyyən olunmalıdır.
“Biz yalnız vasitəçi ola bilərik. Amma əgər tərəflər özləri razılığa gəlməsələr, heç bir plan işləməyəcək. Görüşün vaxtını və yerini onların özləri təyin etməlidir”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tahir Turan
Globalinfo.az