1690716540 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun kəşfiyyat idarəsinin rəhbərini işdən çıxarıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən “Washington Post“ məlumat yayıb.

“Müdafiə naziri Pit Heqset milli təhlükəsizlik rəhbərliyinin genişmiqyaslı təmizlənməsi zamanı vəzifəsini itirən son yüksək rütbəli hərbçi və ya kəşfiyyat məmuru olan Müdafiə Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Cefri Kruzu işdən çıxarıb”, – məlumatda deyilir.

Qeyd edək ki, aprelin sonlarında “Politico”, Pentaqonun Heqset və ətrafı arasında hakimiyyət uğrunda mübarizəyə görə münaqişəyə qarışdığını və nazirlikdə ümumi xaosun hökm sürdüyünü yazmışdı.

Paylaş: