Rusiya Ədliyyə Nazirliyi dörd nəfəri və iki təşkilatı xarici agentlər siyahısına əlavə edib.
Globalinfo.az “İnterfaks“a istinadən xəbər verir ki, siyahıya daxil edilənlər arasında politoloq Sergey Markov da var.
Həmçinin bloger Dmitri Nyuberq, din xadimi Andrey Kordoçkin və aktivist Radjana Duqarova, eləcə də “Tamizdatproject.org” və “Alif TV” layihələri də xarici agentlərin reyestrinə daxil edilib.
Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov özünün Teleqram kanalında yazıb.
“Mənə hücumları Rusiyanın və Vladimir Putinın siyasətinin düşmənləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar.
Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam”, – Markov bildirib.














