Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.
Globalinfo.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.
Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.
Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə qalib gəlib.
A.Cavadov sabah həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün isə Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi çinli Yanqjen Yanqjen olacaq.














