esa n

Milli Məclisin deputatı Novruzəli Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. Növbəti belə görüş 2025-ci il 21 avqust tarixində baş tutub.

Globalinfo.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

img 20250821 wa0027img 20250821 wa0026img 20250821 wa0022img 20250821 wa0024img 20250821 wa0020img 20250821 wa0016img 20250821 wa0018img 20250821 wa0009img 20250821 wa0012

Paylaş: