befunky collage 2025 08 21t093146575 1755754312864

Marina Starovoitova Rusiyada “Yamal” nüvə buzqıran gəmisinin kapitanı təyin edilib. 

Globalinfo.az xəbər verir ki, təyinat Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunmuş konsert zamanı açıqlanıb.

Məlumata görə, o, təyinatdan öncə gəmidə baş köməkçi vəzifəsini yerinə yetirib.  Kapitan döş nişanını ona səhnədə “Atomflot” təşkilatının fəxri prezidenti, uzaqmənzilli gəmilərin kapitanı Aleksandr Barinov təqdim edib. M.Starovoitova 20 ildən çoxdur dənizdə çalışır.

Sözügedən təyinat Rusiyadünya mediasında böyük maraqla qarşılanıb. Marina Rusiyada nüvə buzqıran gəmisinin kapitanı olan ilk qadındır.

Gy0Xm3SWwAAeGrL

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: