23:46
Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, 20-dən çox şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Şəmkir şəhər sakinləri, 2014-cü il təvəllüdlü Xədicə Abbasova, 2020-ci il təvəllüdlü Ömər Abbasov, Şəmkir rayonunun Düyərli kənd sakinləri, 1996-cı il təvəllüdlü Novruz Süleymanlı, 1998-ci il təvəllüdlü Türkan Süleymanova, onun həmyaşıdı Aygün Vəliyeva, 1975-ci il təvəllüdlü Rübabə Əhmədova, 2020-ci il Aytac Qurbanova, 2019-cu Duyğu Bayramlı, Şahnaz 2011-ci il Babayeva, 2022-ci il təvəllüdlü Aydan Hüseynova, 2016-cı il təvəllüdlü Hüseyn İsmayılov, 2019-cu il təvəllüdlü Səbuhi İsmayılov, 1986-cı il təvəllüdlü Gülər Bayramlı, Gədəbəy rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Hüseynov dönərdən zəhərlənib. Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti Şəmkir rayonunun özündən və kəndlərinin sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.
İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.