orange

Kosta-Rika sahillərində – Karib dənizinin sularında narıncı rəngdə köpəkbalığı görüntülənib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 1,8 metr uzunluğunda olan köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb.

Bildirilib ki, köpəkbalığının rəngi piqmentasiya pozuntusu nəticəsində dəyişib.

O da qeyd olunub ki, Karib dənizində köpəkbalığı, skat və digər bu kimi qığırdaqlı balıqlar arasında bu hal ilk dəfə qeydə alınıb.

photo 5274148839839891032 y
photo 5274148839839891030 y

Paylaş: