1536x864 cmsv2 c3744db7 a38c 581c a6b3 dabedc0116bc 9278524

Ağ Evdə keçirilən tarixi sammitdən sonra Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığı aparıb və Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə Moskvada sülh sammiti keçirməyi təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, Zelenski bu təklifi dərhal rədd edib.

Ağ Evə yaxın mənbələr bildiriblər ki, Avropa liderləri də Putinin ideyasını uyğun hesab etməyərək Trampa bu mövqelərini çatdırıblar.

Ağ Ev sammitindən sonra çıxış edən Tramp Putin və Zelenski ilə bağlı sualı cavablandırarkən deyib:

“Bəlkə onların düşündüyümdən daha yaxşı anlaşması var. Əvvəlcə görüşsünlər. Onlar tam dost deyillər. Ümid edirəm ki, Putin özünü yaxşı aparar. Əks halda, çətin olacaq. Ümid edirəm, Zelenski də lazım olanı edər. Onun da bir qədər çeviklik göstərməsi lazımdır”, – deyib.

Tramp həmçinin Avropa liderlərinin ABŞ-a hörmət etdiyini və müharibənin bitməsini istədiklərini qeyd edib. ABŞ prezidenti əlavə edib ki, hələlik tərəflər arasında real razılaşma yoxdur:

Tahir Turan
Globalinfo.az

Paylaş: