Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə qətl hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü T.Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərinin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.














