KMO 162543 22849 1 t222 143318

ABŞ Prezidenti Donald Tramp bildirib ki, insanların həyatını xilas etmək və müharibələrə son qoymaqla cənnətə gedəcəyinə inanır.

Globalinfo.az xəbər verir ki, O, bu barədə “Fox News”a müsahibəsində deyib.

“Müharibədə həyatını itirənlər amerikalılar deyil. Ruslar və ukraynalılar ölür. Onlar arasında raketlərin yanlış yerlərə düşməsinə görə həyatını itirən mülki vətəndaşlar da var. Əgər həftədə 7 min insanın həyatını xilas edə bilsəm, bəlkə cənnətə düşərəm. Mən bunu etməliyəm”, – Amerika lideri bildirib.

Trampın sözlərinə görə, əvvəllər də oxşar addımlar atıb.

“Əgər cənnətə getsəm, bunun səbəblərindən biri insanların həyatını xilas etməyim olacaq. Hindistan və Pakistan arasındakı qarşıdurmanı da həll etdim. Onlar ciddi münaqişə içərisində idilər. Təyyarələr vurulurdu. Əgər belə davam etsəydi, nüvə müharibəsi baş verə bilərdi”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: