İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Pezeşkian Zəngəzur dəhlizində “üçüncü ölkə qüvvələrin” yerləşməsinin narahatlıq doğurduğunu bildirib.
“Ermənistanın Baş naziri ilə görüşdə bildirdim ki, İran hökumətinin mövqeyi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunmasıdır. Üçüncü ölkə qüvvələrinin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır”, – İran Prezidenti qeyd edib.