owl detail 620 266da1d74e17c5a5db6df4cade0998a9

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ Evdə keçirilən görüşdə qalstuk taxmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.

Nəşr yazır ki, Zelenski fevralda baş verən və geyim qalmaqalı ilə yadda qalan əvvəlki görüşdən fərqli olaraq bu dəfə daha rəsmi üsluba üstünlük verib.

“Digər tərəfdən, Ukrayna Prezidentinin görüşdə qalstuk taxmadığı aydın görünürdü, baxmayaraq ki, onun geyimi Oval kabinetdəki əvvəlki görüşdən sonra problemə çevrilmişdi”, – məqalədə qeyd olunub.

Tahir Turan
Globalinfo.az

Paylaş: