memmed ismayil apa

“Atamın səhhətində hər hansı dəyişiklik yoxdur, vəziyyəti stabildir”.

Globalinfo.az bildirir ki, bunu Teleqraf-a şair Məmməd İsmayılın qızı İntizar İsmayıl atasının səhhətindəki son vəziyyət barədə danışarkən deyib.

O bildirib ki, atasının müalicəsi xəstəxanada davam edir: “Ağırlaşmaların qarşısını almaq üçün sistem qoşulub”.

Qeyd edək ki, 86 yaşlı şair Məmməd İsmayıl səhhətində yaranmış problemlərlə əlaqədar “Bona Dea” xəstəxanasına yerləşdirilib.

Paylaş: