7n2k9kpTURBXy9mMjQ3YjZkNTUzYWViNzZiYzQ4MDAwODA3NTg3MGZjMC5qcGeRkwLNAcIA3gACoTAFoTEC

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsində razılığa gəliblər.

Globalinfo.az  xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib.

Ondan Ukrayna üçün ərazilərin dəyişdirilməsi və NATO-dan asılı olmayan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın baş tutub-tutmayacağı soruşulub.

Buna cavab olaraq Tramp deyib: “Düşünürəm ki, bu bizim müzakirə etdiyimiz məqamlardır. Bunlar, əslində, əsas olaraq razılaşdığımız məqamlardır”.

Paylaş: