ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Moskvaya gəlmək dəvətinə cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Alyaskada danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.
“Oh, bu maraqlıdır. Mən buna görə bir az tənqid oluna bilərəm, amma bunun mümkün olduğunu təsəvvür edə bilərəm”, – Amerika lideri bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının rəhbəri Trampla keçmiş danışıqları dəyərləndirib. Putinin sözlərinə görə, söhbət konstruktiv və hörmətli atmosferdə keçib və hər iki tərəf nəticə əldə etmək əzmində olub.
Tahir Turan
Globalinfo.az