Qərb mətbuatı ABŞ Prezidenti Donald Trampın “təcrid olunmuş” Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz teleqram kanalında bu reaksiyalara kəskin cavab verib.
“Qərb mediası tam dəliliklə həmsərhəd olan vəziyyətdədir. Üç ildir Rusiyanın təcridindən danışırlar, bu gün isə qırmızı xalça gördülər”, – deyə Zaxarova yazıb.
Qeyd edək ki, bu gün Putin və Tramp Alyaskanın Ankoric hava limanında üz-üzə gəliblər.
Tahir Turan