ABŞ Putinin Trampla görüşünün gizli məqsədini AÇIQLADI

ABŞ Putinin Trampla görüşünün gizli məqsədini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla Alyaskada təkcə Ukrayna münaqişəsini müzakirə etmək üçün deyil, həm də Moskvanın beynəlxalq arenadakı mövqeyini bərpa etmək məqsədilə görüşməyə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Qeyd olunub ki, Kreml başçısı bu sammiti diplomatik imicini gücləndirmək və Qərblə siyasi dialoqa qayıdış mesajı vermək üçün mühüm fürsət kimi görür.

Mənbələrə görə, Putin eyni zamanda Rusiyaya qarşı mövcud sanksiyalar fonunda Trampla danışıqlardan iqtisadi dividendlər əldə etməyə də ümid edir.

 

Tahir Turan
Globalinfo.az