Zelenskinin Alyaska görüşündən gözləntiləri

Zelenskinin Alyaska görüşündən gözləntiləri

Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada bu gün  keçiriləcək ABŞRusiya liderlərinin görüşü ilə bağlı öz teleqram kanalında paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti qeyd edib ki, ruslar Amerikanın gücü ilə hesablaşırlar.

“Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq!”

Bununla belə, Ukrayna lideri hətta Alyaskada görüş günü belə silahların susmadığına diqqəti çəkib.

Rusiya qoşunları hətta Alyaskada danışıqların keçirildiyi gün də mülki infrastruktura zərbələr endirməkdə davam edir və Moskva müharibəni dayandırmağa hazır olduğuna dair heç bir siqnal vermir”, – Zelenski vurğulayıb.