1 4

Xəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları bu gün Tehrandan Bakıya təxliyə olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən təxliyə olunan əməkdaşlarının sayı bilinib.

Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

63d6c685b71d063d6c685b71d11675019901662ab3541eff2f837c040a17d9220733
63d6c67dd47a663d6c67dd47a716750199014639096496cc181831408921dcfa2f5a
63d6c67e8c63f63d6c67e8c64016750199013baf67c707b937c0c925ba2d7578c263 1
63d6c682175a863d6c682175aa1675019901c05f883122c01c8a3f193cee8f78e1bd
63d6c6826373b63d6c6826373c16750199014891fd7410efa97b135a8381b47cfafb
63d6c684baa8063d6c684baa811675019901dcba3b19ea0f0978dad0613b817928b5
63d6c68512fb563d6c68512fb71675019901d801fdcf52b35c0e1c6fc01a4ccb83f3
63d6c6847755363d6c6847755416750199012100edee982452533a1cbb7955f75bf0
63d6c685624b763d6c685624b91675019901f71ab8ad11d8b4ba473f944e9130cf62

***22:20

Şəhid Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşayiəti ilə qarşılanır.

Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır.


buta 2 4 5 1eb88940 129f 4efa 82f2 dcb9cfad88dd

***22:04

Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya enib.

***21:00

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun cənazəsi Tehranın hava limanından Bakıya yola salınıb.

Globalinfo.az-ın məlumatına görə, Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri ilə birlikdə, habelə səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

 

photo 2023 01 29 20 55 36 photo 2023 01 29 20 55 36 2

***

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, şəhid Orxan Əsgərovun nəşi, yaralı və əməliyyat olunmuş Vasif Tağıyev əməliyyat çarpayısında, eləcə də digər təxliyyə olunan səfirlik əməkdaşları, ailə üzvləri Tehran hava limanında təyyarə havaya qalxmağa dəqiqələr qalmış uçuş 22:00-dək İran tərəfindən təxirə salınıb.

***19:09

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

Globalinfo.az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

photo 2023 01 29 18 47 26 photo 2023 01 29 18 47 27

***16:16

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Paylaş: