
Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.
Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Məlumata görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.
Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əraziyə iki helikopter cəlb olunub.














