Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar etməsindən sonra onunla bağlı bəzi faktlar üzə çıxıb.
Globalinfo.az “Qafqazinfo” istinadla xəbər verir ki, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur.
74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.
Qeyd edək ki, E.Əzimov Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.