08d3e05a 0797 39fc a7c7 5d1f926eb273 850

Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlara verilən “800+” yardım proqramının ləğv olunma ehtimalını istisna etməyib. 

Globalonfo.az xəbər verir ki, o, həm ukraynalılar, həm də onlara ehtiyacı olmayan şəxslər üçün güzəştlərin yenidən nəzərdən keçirilə biləcəyini deyib.

Navrotskinin sözlərinə görə, Polşanın demoqrafik siyasəti sistemli və məntiqli şəkildə aparılmalıdır. Hazırda iki və daha çox uşaq böyüdən vətəndaşların gəlir vergisindən azad edilməsi məsələsi də gündəmdədir.

Bundan əvvəl Varşava meri Rafal Trzaskowski də işsiz Ukrayna vətəndaşlarının uşaq müavinətlərindən məhrum edilməsini təklif etmişdi.

Tahir Turan

Globalinfo.az

Paylaş: