Volodimir Zelenski Qərb ölkələrinə Ukrayna ilə bağlı qərarların Kiyevin mövqeyi nəzərə alınmadan qəbul edilməsinin mümkünsüzlüyü barədə “siqnal” göndərmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özü “Bloomberg”ə bildirib.
“Bütün həssas məsələlər Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin 15 avqustda Alyaskada görüşəcəklər.
Kreml sammitin vaxtını və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Alyaskanı seçmək məntiqlidir. Burada Rusiya Federasiyası və ABŞ-ın, xüsusilə Arktikada iqtisadi maraqları kəsişir.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin axtarışıdır.
Əliyar Xəlil
Globalinfo.az