Ukrayna Prezidenti Volodimir Zelenski RusiyaABŞ liderləri arasında Alyaskada keçiriləcək sammitdə əldə olunacaq istənilən anlaşma ilə razılaşmalı, əks halda ölkənin dağılması riski ilə üzləşməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “American Thinker” nəşri yazıb.

Məqalədə vurğulanır ki, döyüşlər davam etdiyi təqdirdə Ukraynanın məhv olması qaçılmaz görünür. Buna görə də Zelenskiyə mümkün qədər az qan tökməklə qarşısına qoyulacaq şərtləri qəbul etmək tövsiyə olunur.

Nəşrin iddiasına görə, Ukrayna liderinin ərazi güzəştlərindən imtinası onun hakimiyyəti itirmək istəməməsi ilə bağlıdır.

Qeyd edək ki, Prezidentlər TrampPutin arasında Alyaskada nəzərdə tutulan görüş avqustun 15-də keçiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: