“Hər kəsin bir il ərzində yollayışlarla təmin olması mümkün deyil”

“Hər kəsin bir il ərzində yollayışlarla təmin olması mümkün deyil”

“Hər kəsin yollayışlarla bağlı bir il ərzində təmin olunması mümkün deyil. Hazırda əlçatan olması üçün çalışırıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “e-ahik.az” sistemi yaradıldıqdan sonra çoxsaylı müaricətlərlə qarşılaşıblar ki, bu da ilk idi:

“Bəzi müraciətlərdə elə olur ki, vətəndaşlar məlumatları tam qeyd etmirlər. Amma biz belə halda onlara imtina göndərmirik. Bu tip müraciətlər araşdırılır”.

Globalinfo.az