Ukrayna Rusiyanın Orenburq Helium Zavoduna zərbə endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat yayıb.
Ukrayna hərbi kəşfiyyatının hədəf aldığı zavodun Rusiya hərbi-sənaye kompleksinin əsas obyektlərindən biri olduğu bildirilir.
Hadisə şahidləri bölgədə dronların uçuşunu gördüklərini və zavod ərazisində bir neçə partlayışın baş verdiyini deyiblər.
Qeyd edək ki, Orenburq helium zavodu – Rusiyada helium istehsal edən yeganə müəssisədir və Avropanın da ən böyük zavodlarından biridir. Zavodun illik gücü təxminən 15 milyard kubmetr təbii qazın emalına bərabərdir.
Əliyar Xəlil
Globalinfo.az