Ermənistanın müdafiə naziri Suren Papikyanın keçmiş müşaviri Arşak Orduxanyan saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.
Orduxanyan barəsində iki ayrı maddə üzrə cinayət işi başladılıb. Keçmiş müşavir “cinayətkar təşkilat yaratmaq və ya ona rəhbərlik” və “cinayətkar təşkilat tərəfindən xüsusilə külli miqdarda kompüter oğurluğu”nda ittiham olunur.
Qeyd edək ki, Arşak Orduxandan hakim Mülki Müqavilə Partiyasın parlamentdəki keçmiş deputatlarındandır.
Əliyar Xəlil
Globalinfo.az













