İngiltərə Superkubokunun qalibi bəlli oldu

İngiltərə Superkubokunun qalibi bəlli oldu

İngiltərə Superkubokunun qalibi bəlli olub.

Globalinfo.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Liverpul”la Federasiya Kubokunun qalibi “Kristal Pelas” üz-üzə gəlib.

Londonun “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

Burada daha dəqiq olan (3:2) “Kristal Pelas” Superkubokun qalibi olub.